17 İyun 2026, 19:41
FUTBOL
"Qarabağ" növbəti transferini rəsmiləşdirib. Ağdam təmsilçisi sol cinah müdafiəçisi Bruno Lanqanı heyətinə qatıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
28 yaşlı mozambikli futbolçu ilə müqavilə imzalanıb. Lanqa son mövsümün ikinci yarısını icarə əsasında Portuqaliyanın "Eştrela" klubunda keçirib və yüksək liqada 11 oyunda meydana çıxıb.
Qeyd edək ki, "Qarabağ" cari transfer pəncərəsində daha öncə Zakaria Savo, Jali Muaddib və Samuel Lobatonu da rənglərinə bağlamışdı.













