Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynov karyerasını Rumıniya çempionatında davam etdirəcək.

Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynov karyerasını Rumıniya çempionatında davam etdirəcək. 23 yaşlı futbolçu bu ölkənin tanınmış klublarından olan "Petrolul" ilə anlaşıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, gənc müdafiəçi ilə 2 illik müqavilə imzalanıb. Cəlal Hüseynov bu transferə qədər Bolqarıstanın "Arda" klubunun şərəfini qoruyurdu.

Maraqlıdır ki, Cəlal bu komandanın tarixində çıxış edəcək ikinci həmyerlimiz olacaq. Belə ki, 2013-cü ildə digər azərbaycanlı futbolçu Elhad Nəziri də "Petrolul"un uğurları üçün çalışıb. Nəziri Rumıniya təmsilçisinin heyətində cəmi 2 rəsmi matçda meydana çıxsa da, həmin mövsüm komandası ilə birlikdə Rumıniya kubokunun qalibi olmağı bacarıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest