Argentina millisinin hücumçusu Lionel Messi dünya çempionatlarında daha bir heyrətamiz rekorda imza atıb.
Matc.az xəbər verir ki, ulduz futbolçu dünya çempionatlarında fərqli rəqiblərin qapısına ən çox qol vuran oyunçu ünvanına sahib çıxıb.
Cari turnirə qədər 6 fərqli dünya çempionatında iştirak edən Messi, ümumilikdə 11 milli komandanın qapısını sarsıtmağı bacarıb. Bununla da o, karyerası ərzində 10 fərqli komandaya qol vuran portuqaliyalı Kriştiano Ronaldo, həmçinin almaniyalı əfsanələr Yurgen Klinsmann və Miroslav Klozeni geridə qoyaraq vahid lider olub.
Xatırladaq ki, Messi bu turnirdə həm də dünya çempionatlarında vurduğu ümumi qol sayını 16-ya çatdıraraq Miroslav Klozenin rekordunu təkrarlayıb və dünya birincilikləri tarixinin ən məhsuldar oyunçusu tituluna şərik olub.













