İtaliyanın "Milan" klubu baş məşqçi postuna gətirdiyi yeni mütəxəssisin adını rəsmən açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İtaliya klubu "Sportinq" və "Mançester Yunayted"in keçmiş çalışdırıcısı Ruben Amorimlə anlaşıb. Rəsmi açıqlamada müqavilənin detalları barədə geniş məlumat verilməyib.
41 yaşlı portuqaliyalı mütəxəssis İtaliya nəhəngi ilə 2028-ci ilin yayına qədər nəzərdə tutulan 2 illik sözləşməyə qol çəkib. Müqavilədə əməkdaşlığın daha bir mövsüm uzadıla biləcəyi ilə bağlı xüsusi bənd də yer alıb.
Xatırladaq ki, Amorim son olaraq çalışdırdığı "Mançester Yunayted"dən bu ilin yanvar ayında göndərilmişdi. O, İngiltərə klubunu 2025-ci ilin mayında Bilbaoda keçirilən UEFA Avropa Liqasının finalına qədər daşımağı bacarmışdı.
"Milan" rəhbərliyi başa çatan mövsümün yekununda təcrübəli mütəxəssis Massimiliano Alleqrini istefaya göndərmişdi.













