"Neftçi"nin 2026/2027 mövsümü üçün hazırlıq planı müəyyənləşib.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, komanda iki mərhələdən ibarət təlim-məşq toplanışının birinci mərhələsini iyunun 20-dən 28-dək Bakıda – "Palms Sports" Futbol Mərkəzində keçəcək.

Toplanışın ikinci mərhələsi iyunun 29-dan iyulun 14-dək Sloveniyanın Moravske Toplitse şəhərində reallaşacaq. Yuri Vernidubun rəhbərlik etdiyi komanda bu mərhələdə 4 yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunlar 2, 6, 10 və 13 iyul tarixlərində baş tutacaq. İyulun 2-dəki matçda rəqib Serbiya "Partizan"ı olacaq.

Yoxlama görüşlərinin başlama saatı və digər rəqiblər barədə daha sonra məluma

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest