"Sabah" komandasının UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsində qarşılaşa biləcəyi rəqiblərin siyahısı daralıb.

"Sabah" komandasının UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsində qarşılaşa biləcəyi rəqiblərin siyahısı daralıb.

Matc.az xəbər verir ki, bu barədə qitə futbol qurumu rəsmi məlumat yayıb.

Püşkatmada səbətin səpələnməmişlər hissəsində qərarlaşan Azərbaycan çempionu ilk mərhələni keçə bilsə, növbəti raundda turnirin iddialı komandaları ilə qarşılaşa bilər.

 Valdas Dambrauskasın yetirmələrinin potensial rəqibləri arasında Serbiyanın "Srvena Zvezda" və Polşanın "Lex" klubları yer alır. Bundan əlavə, təmsilçimiz "Floriana" - "Şemrok Rovers", "Vardar" - "Kups", "Jalqiris" - "Drita" və ya "Linkoln" - "İnter Eskaldes" cütlüklərinin qalibləri ilə də üz-üzə gələ bilər.

Xatırladaq ki, "Sabah" turnirə I təsnifat mərhələsindən başlayacaq və Uelsin TNS komandası ilə qarşılaşacaq. İyulun 7-8-i və 14-15-də baş tutacaq bu mərhələnin ilk oyununu çempionumuz doğma meydanda keçirəcək. II təsnifat mərhələsinin matçları isə iyulun 17-də və 21-22-də baş tutacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest