Bu gün UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Matc.az xəbər verir ki, tədbir Bakı vaxtı ilə saat 16:00-da UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutacaq. Püşkatmada Azərbaycan təmsilçisi "Neftçi"nin birbaşa rəqibi müəyyənləşəcək.
Eyni zamanda, I təsnifat mərhələsində Gürcüstanın "Torpedo" klubu ilə qarşılaşacaq "Zirə" və UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Qarabağ" - "Vestri" duelinin məğlub tərəfi növbəti potensial rəqiblərini tanıyacaqlar.
II təsnifat mərhələsinin səpələnmişlər səbətində "Braqa", "Ayaks", "Kopenhagen", "Gent", "Başakşəhər" və "Rapid" kimi güclü klublar yer alıb. Digər 13 komanda isə ilk raundun nəticələrinə əsasən bəlli olacaq.
Bu mərhələnin ilk oyunları iyulun 23-də, cavab matçları isə iyulun 30-da keçiriləcək.













