"Qarabağ" komandasının UEFA Avropa Liqasının 2026/2027 mövsümünün 2-ci təsnifat mərhələsində qarşılaşa biləcəyi komandalar bu gün müəyyənləşəcək.

"Qarabağ" komandasının UEFA Avropa Liqasının 2026/2027 mövsümünün 2-ci təsnifat mərhələsində qarşılaşa biləcəyi komandalar bu gün müəyyənləşəcək.

Matc.az xəbər verir ki, püşkatma öncəsi Azərbaycan çempionunun qarşılaşa biləcəyi namizədlərin siyahısı artıq daralıb.

Əgər Qurban Qurbanovun yetirmələri ilk mərhələdə İslandiya təmsilçisi "Vestri" səddini uğurla keçə bilsə, növbəti raundda onları kifayət qədər ciddi rəqiblər gözləyir.

Ağdam klubunun püşkdəki potensial rəqibləri arasında Türkiyə nəhəngi "Beşiktaş", Niderlandın "Tvente", Norveçin "Tromse", İsveçin "Hammarbü" klubları, həmçinin SSKA (Sofiya, Bolqarıstan) - "Derri Siti" (İrlandiya) cütünün qalibi yer alır.

Xatırladaq ki, turnirin 2-ci təsnifat mərhələsinin ilk qarşılaşmaları iyulun 23-də, cavab oyunları isə iyulun 30-da baş tutacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest