"Leypsiq" Ole Vernerin baş məşqçi vəzifəsindən azad edildiyini açıqlayıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Köməkçi məşqçilər Tom Çiçon və Patrik Kolmann da vəzifələrindən azad ediliblər. Verner komandaya 2025-ci ilin yayından bəri rəhbərlik edirdi. Onun rəhbərliyi altında "buğalar" Almaniya çempionatında üçüncü yeri tutub və Almaniya Kubokunun dörddəbir finalına yüksəlib.

Klubun idman direktoru Marsel Şefer bildirib ki, son bir neçə günü ötən mövsümün hərtərəfli icmalına həsr ediblər və çərşənbə axşamı axşamı baş məşqçinin dəyişdirilməsinin zəruri olduğu qərarına gəliblər. O, uğurlu yenidənqurmada və Çempionlar Liqasına vəsiqə qazanılmasında mühüm rol oynadıqları üçün məşqçilər korpusuna təşəkkür edib, lakin qarşıdakı çətinliklərin yeni ideyalar tələb etdiyinə inandıqlarını vurğulayıb.

" Leypsiq" tezliklə yeni baş məşqçisi haqqında məlumat açıqlayacaq. Daha əvvəl 45 yaşlı Martin Demiçelisin komandaya rəhbərlik edəcəyi bildirilirdi.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest