Azərbaycan komandası ilə yanaşı, Bolqarıstan, İtaliya, Belarus, Özbəkistan, Ukrayna, İsrail və Braziliya kollektivləri finalda medallar uğrunda yarışacaqlar.
Yarışın ilk iki günündə təsnifat mərhələləri baş tutacaq və çoxnövçülükdə ən yüksək xal toplamış 8 fərdi gimnast, həmçinin qrup komandaları final mərhələsinə adlayacaq.
Rusiyanın Soçi şəhərində 29 aprel-2 may tarixlərində baş tutmuş batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa Çempionatında Azərbaycan yığması 1 gümüş və 2 bürünc medal qazanıb.
Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi şahmat üzrə Çempionlar Turunun "New In Chess" adlı 5-ci mərhələsində həlledici raundun ilk görüşləri baş tutub.
Nakamuranın finaldakı rəqibi isə Maqnus Karlsen olacaq. Yarımfinalın ilk görüşündə Ermənistan təmsilçisi Levon Aronyanla heç-heçə edən dünya çempionu cavab qarşılaşmasında 3:1 hesablı qələbə qazanıb.
Mayın 2-də saat 12.00-da start götürəcək yarışda iştirak etmək istəyən idman jurnalistləri turnirin direktoru, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının vitse-prezidenti Anar Şabanoğluya anar@aija.az elektron ünvanı vasitəsilə mayın 1-i saat 12.00-a kimi müraciət edə bilərlər.
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı 5-ci mərhələsində ilk yarımfinal görüşlərini keçirib.
Teymur Rəcəbov isə 1/4 finalın ikinci günündə Maqnus Karlsenə uduzaraq, mübarizəni dayandırıb. Onların arasındakı ilk görüşlər 2:2 hesabı ilə başa çatmışdı. Karlsen yarımfinalda Levon Aronyanla (Ermənistan) qarşılaşacaq.
Tokio Yay Olimpiya Oyunları koronavirus pandemiyası ilə əlaqədar 2020-ci il 24 iyul - 9 avqustdan bu il 23 iyul - 8 avqusta təxirə salınıb. Yay Paralimpiya Oyunları isə 24 avqust - 5 sentyabrda gerçəkləşməlidir.
Nazirlər Kabinetinin müvafiq qərarı ilə pandemiya səbəbindən təxirə salınmış və bu ilin may ayında keçirilməsi gözlənilən yarışların əhəmiyyəti nəzərə alınaraq tədbirlərin keçirilməsinə icazə verilib.
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.