2026-cı il dünya çempionatında mübarizə aparan Uruqvay milli komandası turnirdəki ilk oyunundan əvvəl ABŞ-da gözlənilməz və xoşagəlməz hadisə ilə üzləşib.

Matc.az xəbər verir ki, ABŞ-a eniş edən uruqvaylı futbolçular hüquq-mühafizə orqanları tərəfindən polis itinin iştirakı ilə ciddi şəkildə yoxlanılıblar. Hava limanında sıraya düzülən oyunçulardan bütün baqajlarını boşaltmaq tələb olunub və xüsusi təlim keçmiş it vasitəsilə geniş axtarış aparılıb.

Uruqvay nümayəndə heyətinin problemləri bununla bitməyib. Hava məkanındakı nasazlıqlar səbəbindən təyyarəsi ABŞ-a vaxtında buraxılmayan komanda bir neçə saat gecikməli olub. Milli komanda rəsmiləri bu axsaqlığa səbəb kimi FİFA-nın Meksikadan uçuş icazəsini vaxtında təmin etməməsini göstəriblər.

Xatırladaq ki, baş verən gərginliyə rəğmən Uruqvay millisi H qrupunun ilk turunda Səudiyyə Ərəbistanı ilə Mayamidəki "Hard Rock" stadionunda qarşılaşıb və matç 1:1 hesabı ilə başa çatıb. Cənubi Amerika təmsilçisi qrupdakı növbəti oyunlarını iyunun 22-də Kabo-Verdeyə, iyunun 27-də isə İspaniyaya qarşı keçirəcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest