"Şəfa" futbolçusu Elnur Cəfərov ilə müqavilə müddətini uzadıb.

"Şəfa" futbolçusu Elnur Cəfərov ilə müqavilə müddətini uzadıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, 29 yaşlı vinger ilə 1 illik müqavilə imzalanıb.

Elnur Cəfərov 2025-ci ilin yanvarından "Şəfa"da çıxış edir. O, iki mövsüm ərzində Premyer Liqaya yüksələn komandanın aparıcı üzvlərindən biri olub.

Qeyd edək ki, "Şəfa" bunadək Tərlan Quliyevlə də müqaviləni uzadıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest