"Real" rəhbərliyi daxili transferdə növbəti uğurlu addımını ataraq təcrübəli müdafiəçisi Antonio Rüdiger ilə yeni sözləşmə imzalayıb.
Matc.az xəbər verir ki, bu barədə "Kral klubu"nun rəsmi saytı məlumat yayıb.
Almaniyalı futbolçunun uzadılan yeni müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Xatırladaq ki, Antonio Rüdiger 2022-ci ilin yayından Madrid təmsilçisinin şərəfini qoruyur. Arxada qalan mövsümdə təcrübəli müdafiəçi "Real"ın heyətində bütün turnirlər daxil olmaqla 26 matçda meydana çıxıb və 1 qol vurmağı bacarıb. "Transfermarkt" portalında müdafiəçinin hazırkı dəyəri 9 milyon avrodur.
Karyerası ərzində "Çelsi", "Roma" və "Ştutqart" kimi klublarda çıxış edən Rüdiger, hazırda Almaniya millisinin heyətində ABŞ, Meksika və Kanadada keçirilən 2026-cı il Dünya Kubokunda mübarizə aparır.













