UWW daha bir güləşçimizə mükafat ayırdı
Belə ki, 50 kq çəki dərəcəsində çıxış edən qadın güləşçimiz Mariya Stadnikə 3000 ABŞ dolları ayrılıb. 2 qat dünya və 8 qat Avropa çempionu, Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı 60 xalla dünya reytinqində 3-cü olduğundan, bu mükafata layiq görülüb.



























