Hacı Əliyev A qrupunda yer alıb. Titullu güləşçimiz ilk turda Özbəkistan pəhləvanı üzərində inamlı qələbə qazanıb. Həmyerlimiz daha sonra qazax həmkarını vaxtından əvvəl üstələyib.
Yığmamızın digər boksçularından Lorenzo Sotomayor (69 kq) Andrey Zamkovoyla (Rusiya), Məhəmməd Abdullayev (+91 kq) isə Murad Əliyevlə (Fransa) yarımfinal görüşünə qatılmayacaq. Olimpiadaya lisenziyanı təmin edən idmançılar zədə səbəbindən rinqə çıxmayacaqlarından bürünc medalla kifayətləniblər.
Boksçumuz Fransanın paytaxtı Parisdə keçirilən Avropa Olimpiya Təsnifat Turnirində 1/2 finala yüksəlməklə Tokio-2020-də iştirak hüququna sahib olub. +91 kq çəki dərəcəsində mübarizə aparan boksçu ukraynalı Tsotne Roqavanı məğlub edib.
Budapeştdə Beynəlxalq Cüdo Federasiyasının mükəmməl bir konqresinin keçildiyini bildirən Marius Vizer Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayevi 2-ci dəfə İcraiyyə Komitəsinə üzv seçilməsi münasibətilə təbrik edib.
Rio-2016-nın gümüş medalçısı Fransanın paytaxtı Parisdə keçirilən Avropa Olimpiya Təsnifat Turnirində 1/2 finala yüksəlməklə Tokio-2020-də iştirak hüququna sahib olub. 69 kq çəki dərəcəsində mübarizə aparan boksçu belaruslu Aleksandr Radionovu məğlub edib.
Avropa Oyunlarının qalibi, Fransanın paytaxtı Parisdə keçirilən Avropa Olimpiya Təsnifat Turnirində yarımfinala yüksəlməklə Tokio-2020-də iştirak hüququna sahib olub. 81 kq çəki dərəcəsində mübarizə aparan 26 yaşlı boksçu, 1/4 finalda İmam Xatayevi (Rusiya) məğlub edib.
O, 1/4 finalda ukraynalı Tsotne Roqava ilə üz-üzə gələcək. Döyüş sabah keçiriləcək. İdmançımız yarımfinala yüksələcəyi halda Tokio Yay Olimpiya Oyunlarına vəsiqə əldə edəcək.
Yunan-Roma güləşçilərimiz çempionata qatılsa da, sərbəst güləşçilərimiz iştirak etməyib. Maraqlıdır ki, çempionatdan əvvəl Azərbaycan Güləş Federasiyası sərbəst güləşçilərimizin iştirak vərəqəsini göndərib.
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.