25 Dekabr 2025, 12:11
FUTBOL
"Milan"ın müdafiəçisi Davide Bartezaqi Avropanın nəhəng klublarının transfer siyahısına düşüb.
Matc.az xəbər verir ki, bu barədə insayder Ekrem Konur məlumat yayıb.
"Arsenal", "Barselona", "Real", "Bavariya" və "Mançester Siti" italiyalı futbolçunu transfer etmək istəyir.
Klubu Bartezaqiyə 45 milyon avro qiymət qoyub. Lakin onlar 19 yaşlı sol cinah müdafiəçisini yanvar ayında satmağı planlaşdırmır.
Qeyd edək ki, Davide Bartezaqi bu mövsüm "Milan"ın heyətində keçirdiyi 12 oyunda 2 qol vurub, 1 qol ötürməsi edib.












