25 Dekabr 2025, 11:55
FUTBOL
"Roma" "Liverpul"dan icarəyə götürdüyü Konstantinos Tsimikası vaxtından əvvəl göndərəcək.
Matc.az xəbər veerir ki, bu barədə "La Gazzettta dello Sport" nəşri məlumat yayıb.
Paytaxt təmsilçisinin baş məşqçisi Can Pyero Qasperini yunanıstanlı sol cinah müdafiəçisinin performansından məmnun deyil. 29 yaşlı futbolçunun icarə müqaviləsi yanvar ayında ləğv olunacaq.
Qeyd edək ki, Konstantinos Tsimikas bu ilin avqust ayından "Roma"da çıxış edir. Təcrübəli oyunçu "canavarlar"ın heyətində keçirdiyi 11 oyunda 1 qol ötürməsi edib.












