Futbol üzrə Azərbaycan Premyer Liqasında 3-cü turun qalan iki oyunu üçün də təyinatlar açıqlanıb. Matc.az xəbər verir ki, "Səbail" - "Sumqayıt" oyunu Vüqar Həsənliyə tapşırılıb.
Futbol üzrə Azərbaycan Premyer Liqasında 3-cü turun 2 oyunu üçün bütün təyinatlar müəyyənləşib. Matc.az xəbər verir ki, ilk oyun günündə baş tutacaq "Sabah" - "Qəbələ" qarşılaşmasını FİFA referisi Rauf Cabbarov idarə edəcək.
Azərbaycan Premyer Liqası oyunlarını idarə edən 10 referi (baş hakim) və 15 referi köməkçisinə peşəkar hakim statusu veriləcək. Matc.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Abbasov "Sumqayıt"da 28 (84 oyunda), bundan əvvəl çalışdığı "Zirə"də 22 (51) oyunda komandasının qalib gəlməsinə sevinib. Bu qələbələrdən 41-i Premyer Liqaya təsadüf edib. Mütəxəssis Azərbaycan kubokunda 7, Avropa Liqasında 2 uğura şahid olub.
Premyer Liqada 2011-ci ildə debüt edən "kimyaçılar" əvvəlki 10 mövsümdə yalnız bir dəfə ilk iki oyunda 6 xal toplayıb. 2014/15 mövsümündə sumqayıtlılar "Qarabağ" və "Xəzər Lənkəran"la görüşlərdən sonra indiki kimi eyni xal və top fərqinə malik olub. Həmin rekord təkrarlansa da, 7 il öncə qarşılaşmalardan birində texniki nəticə qeydə alınıb.
"Sabah"ın baş məşqçisi Ramin Quliyev Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 0:2 hesabıyla məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2-ci turun qalan iki oyunu üçün bütün təyinatlar açıqlanıb. Matc.az xəbər verir ki, sabah baş tutacaq "Zirə" - "Neftçi" matçını Kamal Umudlu idarə edəcək.
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.